Gundelik.az Dünya SEPAH-ın daha bir komandiri öldürüldü
Dünya Xəbərlər

SEPAH-ın daha bir komandiri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin ikinci PUA briqadasının komandiri Aminpur Cudaki İsrailin endirdiyi zərbə nəticəsində həlak olub.

Gundelik.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.

“Dünən (cümə) İsrail Hərbi Hava Qüvvələri SEPAH Hərbi-Hava Qüvvələrinin ikinci pilotsuz uçan aparat briqadasının komandiri Aminpur Cudakini vuraraq öldürüb”, – bəyanatda deyilir.

Bundan əvvəl bildirilmişdi ki, İsrailin zərbələri nəticəsində İranın bir sıra tanınmış hərbi rəhbərləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri və SEPAH-ın komandiri Hüseyn Səlami həlak olub.

Gundelik.az 

Exit mobile version