Gundelik.az Dünya İsrailin hücumunda öldürüldüyü iddia edilən iranlı general Tehranda aksiyalara qatılıb
Dünya Xəbərlər

İsrailin hücumunda öldürüldüyü iddia edilən iranlı general Tehranda aksiyalara qatılıb

İyunun 13-də İsrailin hücumlarında həyatını itirdiyi iddia edilən İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general-mayor İsmayıl Qaani Tehranda keçirilən nümayişlərə qatılıb.

Gundelik.az xəbər verir ki, bu barədə IRNA rəsmi xəbər agentliyi məlumat yayıb.

Nəşr yazıb ki, İsrailin hücumunda həyatını itirən generallar arasında Qaaninin də olduğu iddiaları davam edərkən, Qaaninin 12 gün sonra ilk dəfə paytaxt Tehranda görünüb.

Xəbərdə Qaaninin İsraillə atəşkəsdən sonra Tehranın İnqilab meydanında keçirilən “qələbə şənliklərinə” qatıldığını əks etdirən görüntülər paylaşılıb.

Görüntülərdə Kaani mühafizəçiləri ilə meydanda vətəndaşlarla söhbət edərkən görüntülənib.

İRNA həmin görüntüləri qeyd edərək paylaşıb: “İsrailin 12 günlük təcavüzündən sonra general Qaaninin ilk görüntüləri”.

İran və İsrail arasında təxminən iki həftə davam edən qarşılıqlı hücumlardan sonda atəşkəs xəbərinin ardınca böyük qruplar qələbələrini qeyd etmək üçün paytaxt Tehranda İnqilab meydanına toplaşıblar.

Gundelik.az 

Exit mobile version