İran silahlı qüvvələrinin ABŞ-nin hərbi bazalarına hücumları davam edir.
Gundelik.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-nin Küveytdəki “Patriot” sistemi, Qətərdəki peyk anteni (erkən xəbərdarlıq qurğusu) və Bəhreyndəki ABŞ ordusunun yanacaq çənləri çox sayda müxtəlif növ dronlar tərəfindən hədəfə alınıb.
Məlumatda o da qeyd olunub, heç bir halda ABŞ prezidentinin məqsəd və istəklərinin gerçəkləşməsinə imkan verilməyəcək və İslam İnqilabının ali ideallarını son qələbəsinə qədər müdafiə ediləcək.

