Şanlıurfa valisi hücumçunun hadisə yerində intihar etdiyini açıqladı. Çoxlu sayda yaralı var.
Şanlıurfanın Siverek rayonunda yerləşən məktəbə çərşənbə axşamı səhər saatlarında silahlı hücum edilib. Həsən Çələbi məhəlləsində yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyinin keçmiş şagirdi məktəbə ov tüfəngi ilə hücum edib. Ətrafa təsadüfi atəş açan təcavüzkar, aralarında şagirdlər də olan 16 nəfəri yaralayıb.
Hadisədən sonra əraziyə təcili yardım maşınları, polis və xüsusi əməliyyat qrupları göndərilib. Bildirilib ki, hücumçu təsadüfi atəş açdıqdan sonra məktəbə daxil olub və şagirdləri bir müddət girov saxlayıb.
Şanlıurfa valisi Həsən Şıldak bildirib ki, 2007-ci il təvəllüdlü hücumçu məktəbin keçmiş şagirdi olub. Vali həmçinin yaralıların xəstəxanaya aparıldığını və onların əksəriyyətinin şagird olduğunu bildirib.
Mənbə: Euro news
Tərtib etdi: Jalə Əliyeva
Gundelik.az

