Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Zəngilan şəhər günü ilə bağlı saytımıza açıqlamasında deyib. O, bildirib ki, Zəngilan şəhərinin işğaldan azad olunması bizim üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki dövlət sərhədlərimizin qorunması suverenliyimizin əsas şərtlərindən biridir. Eyni zamanda Zəngilan həm də ağıllı kənd modelinin bir nümunəsidir. Ağalı kəndində qurulmuş uğurlu ağıllı kənd modeli ən gözəl nümunələrdən biridir.
Gundelik.az
