Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ukrayna prezidenti V.Zelenskinin Azərbaycana səfərini şərh edərkən deyib. O, bildirib ki, şübhaəsiz ki, Ukrayna və Azərbaycan münasibətləri strateji dostluq və əməkdaşlığa əsaslanır. Onu da qeyd etməliyik ki, bu münasibtlərin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Vlodimir Zelenskinin şəxsi dostluqlarıda rol oynayır. Unutmayaq ki, vaxtıilə Azərbaycan torpaqları işğalda olarkən Ukrayna daimi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev Ukrayna müharibəsi zamanı ölkəyə humanitar yardımını əsirgəmir.

Gundelik.az