Şəhər günləri qələbəmizin rəmzidir!
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatla, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Gundelik.az-a açıqlamasında deyib.
O, bildirib ki, işğaldan azad olunmuş şəhərlərimiz sırasında Cəbrayılın xüsusi yeri var.
“Qələbəmizin ilk müjdəsi hələ 2016-cı ildə Lələ Təpə adlanan Cəbrayılın önəmli starteji yüksəkliklərindən olan Cocuq Mərcanlı kəndinin işğaldan azad olunması ilə başladı. Bu səbəbdən biz böyük qürur hissi ilə Cəbrayıl şəhər gününü qeyd edirik. Onu da qeyd edək ki, işğaldan azad olunmuş hər bir şəhərimiz həm də quruculuğumuzun mərkəzlərinə çevrilib”, – deputat vurğulayıb.

