Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 20 sentyabr Dövlət suverenliyi günü ilə bağlı saytımıza açıqlamasında deyib. O, qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təbirincə desək hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
S.Qurbanov bildirib ki, qürurvericidir ki, Bakə şəhərinin metro stansiyalarından biri məhz 20 sentyabr adlanacaq.
Hörmətlə,
