ABŞ-dən uçan təyyarə Atlantik okeanı üzərində fövqəladə hal siqnalı verərək marşrutunu dəyişib. Vaşinqtondan havalanan Amerikanın “United Airlines” aviaşirkətinə məxsus təyyarə Atlantik okeanı üzərində həyəcan siqnalı verib və kursunu dəyişib. Bu barədə “Flightradar24” xidmətinin məlumatlarında bildirilir.
Təyyarə Amsterdama istiqamətlənirmiş, lakin kursunu dəyişərək hazırda Kanadada yerləşən Sent-Cons beynəlxalq hava limanına tərəf uçur.
“Boeing-767” Vaşinqtondan yerli vaxtla bazar günü saat 20:47-də (Moskva vaxtı ilə bazar ertəsi 03:47-də) havalanıb, lakin sonradan Atlantik okeanı üzərində “ümumi fövqəladə vəziyyət” mənasını verən “Squawk 7700” siqnalını daxil edib.
Buna qədər oxşar hadisə Santyaqodan Truxilyoya reys yerinə yetirən “Airbus” sərnişin təyyarəsi ilə də baş verib. Təyyarə Çili sahillərində fövqəladə vəziyyət siqnalı verib və marşrutunu dəyişməyə məcbur olub.
Oktyabrın 5-də isə Böyük Britaniya aviaşirkətinə məxsus daha bir təyyarə İrlandiya üzərində kəskin eniş etdikdən sonra 7700 siqnalı verib.
Əvvəllər isə bir təyyarə xarici batareya (powerbank) səbəbindən Hindistanda təcili eniş etmişdi.
Hazırladı:İsgenderova Zehra
Gundelik.az

