Gundelik.az Ölkə Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum oldu
Ölkə Xəbərlər

Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum oldu

Ötən il Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı əvvəlki il iə müqayisədə 21.4% artaraq 9 milyon 544.9 min nəfər olub.

Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının sayı 2 milyon 138.3 min, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 626.7 min nəfər olub.

Qeyd edək ki, hesabat dövründə ölkə ərazisini tərk edən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158.9 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 621 min nəfər təşkil edib.

Gundelik.az

Exit mobile version