Rusiya Federasiyasının xalq artisti Nina Qriqoryeva 86 yaşında vəfat edib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çuvaş Respublikasının rəhbəri Nikolayev Oleq özünün rəsmi “Telegram” kanalında məlumat verib.
“Dərin kədər hissi ilə sizə xəbər verirəm ki, xalq artisti, Çuvaş Dram Teatrının əfsanəsi Nina İlyiniçna Qriqoryeva vəfat edib. Onun obrazları Çuvaş incəsənəti tarixində və tamaşaçıların qəlbində əbədi qalacaq”, – Nikolaev qeyd edib.
Nina Qriqoryeva 62 il çalışdığı Çuvaş Dövlət Akademik Dram Teatrının ulduzu olub. Aktrisa 100-dən çox rolu, o cümlədən “Cehiz”, “Barbarlar”, “Qaranlığın Gücü” tamaşalarında və bir çox başqa əlamətdar əsərlərdə rol alıb.
Bildirilir ki, sənətçinin dəfn mərasimi aprelin 15-də Çeboksarıdakı Pokrovski-Tatyaninski kafedralında keçiriləcək.
Gundelik.az
