Gundelik.az Dünya Rusiyanın Kiyevə zərbələri nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb
Dünya Hadisə Xəbərlər

Rusiyanın Kiyevə zərbələri nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb

Avqustun 5-nə keçən gecə Rusiya ordusu Kiyev bölgəsinə zərbələr endirib.

Bu barədə Gundelik.az UNİAN-a istinadən xəbər verir.

Rusiyanın zərbələri nəticəsində 14 nəfəri ölüb, 27 nəfər yaralayıb.

“Hücum nəticəsində logistika və anbar komplekslərində, istehsal müəssisələrində, pərakəndə satış məntəqələrində və digər obyektlərdə genişmiqyaslı yanğınlar baş verib. Yanğınlar söndürülüb”, – deyə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

Bundan əlavə, Rusiyanın atəşi nəticəsində Buça bölgəsindəki logistika komplekslərində yanğınlar baş verib.

Exit mobile version