Gundelik.az Xəbərlər İqtisadiyyat Rusiyanın ən varlı iş adamlarının sərvəti açıqlanıb
Dünya İqtisadiyyat Xəbərlər

Rusiyanın ən varlı iş adamlarının sərvəti açıqlanıb

Rusiyanın ən varlı iş adamlarının sərvəti bu ilin əvvəlindən bəri 16,1 milyard dollar artıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in yeni hesabatında deyilir.

Reytinqə görə, Rusiyanın “Lukoil” neft şirkətinin təsisçisi, Azərbaycan əsilli Vahid Ələkbərov bu dövrdə 887 milyon dollar qazanaraq sərvətini 23,5 milyard dollara çatdırıb.

Bundan əlavə, “EuroChem” və “SUEK”in həmtəsisçisi Andrey Melniçenko ilin əvvəlindən bəri 5,8 milyard dollar qazanıb və bununla da onun sərvəti 24,7 milyard dollar olub.

“Novatek”in baş direktoru Leonid Mikhelsonun sərvəti 4,94 milyard dollar artaraq 28,6 milyard dollara, “Severstal” şirkətinin təsisçisi Aleksey Mordaşovun sərvəti isə 2,92 milyard dollar artaraq 29,2 milyard dollara yüksəlib.

Son olaraq da “Telegram”ın həmtəsisçisi Pavel Durovun sərvəti 2,08 milyard dollar azalaraq 12,3 milyard dollara enib.

Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank” ASC-nin əsas sahibidir.

Exit mobile version