İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Rusiyadan Azərbaycana gətirilən 10 min bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

“Nord Star Pharma” MMC-nin Rusiyadan idxal etdiyi 10 min “Qlisin Biokor” B1 və B6 vitaminləri ilə” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bu barədə Gundelik.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən məhsullarda B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.