İrlandiyanın “PetroNeft Resources plc” şirkətinin səhmdarları könüllü ləğv qərarı qəbul ediblər.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, qərar 8 avqustda keçirilən növbədənkənar ümumi yığıncaqda elan olunub.
Şirkətin ləğv prosesinə David Van Dessel rəhbərlik edəcək. O, “PetroNeft”in aktivlərini səhmdarlar arasında nağd və ya digər formada bölüşdürəcək.
30 sentyabr 2023-cü il məlumatına görə, əsas səhmdarlar bunlardır: Natlata Partners Limited – 25,7% (Maksim Korobovun idarəsində), Lloyd Wiggins – 14,46%, Daria Shaftelskaya – 9,2%, J&E – 6%, Seuromit No6 – 5,4%.
“PetroNeft” əvvəllər Rusiyada bir sıra aktivlərə sahib idi: “Lineinoe” MMC (90%-i “PetroNeft”-ə, 10%-i “Belgrave Naftogas”a məxsus), neft-mədən xidmətləri şirkəti “Granit Construction” və “Stimul-T” MMC (50%-i “PetroNeft”-ə, 50%-i “Oil India”-ya məxsus).
2023-cü ildə şirkət bütün Rusiya aktivlərini yerli rəhbəri Pavel Tetyakova satmağa razılaşıb. Nəticədə “Lineinoe” və “Granit Construction” ona keçib. “Stimul-T” ilə bağlı əməliyyat isə dövlət icazəsi tələb etdiyindən hələ tamamlanmayıb.
“Lineinoe” MMC Ledovoye və Çeremşanskoye yataqlarında fəaliyyət göstərir. Hazırda sutkada 250 barel neft hasil olunur, lakin təbii ehtiyatların tükənməsi səbəbindən istehsalın dayanma riski var.
“Stimul-T” isə Tomsk vilayətində Tunqolski sahəsində karbohidrogen hasilatı ilə məşğul idi. Tarif və infrastruktur mübahisələrinə görə şirkət fəaliyyətini dayandırıb və 2025-ci ilin martında iflas proseduruna başlanılıb. Sahədə yeddi yataq mövcuddur: Lineinoye, Tungolskoye, Zapadno-Lineinoye, Kondrashevskoye, Arbuzovskoye, Sibkraevskoye və Severno-Varyaxskoye.
Gundelik.az
