Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Rusiyada meşə yanğını evlərə yayılıb
Dünya Kateqoriya seçilməyən Xəbərlər

Rusiyada meşə yanğını evlərə yayılıb

Rusiyanınım Zabaykalsk diyarının Novopavlovka kəndinin yaxın ərazisində qəsdən törədildiyi idda edilən meşə yanğını yaxınlıqda yerləşən yaşayış binalarına keçib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, yerli məktəbdə müvəqqəti yaşayış mərkəzi yaradılıb.

Petrovsk-Zabaykalski rayonunun rəhbərliyindəm bildirilib ki, bir saat ərzində yanğın dörd binaya ziyan vurub: “Güclü külək yanğının yayılmasına kömək edir. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisə yerində 18 xilasedici çalışır. İnsanlar təxliyə edilir”.

Yerli sakinlər bildirirlər ki, yanğınların söndürülməsinə sahibkarlar da qoşularaq işçilər və su maşınları göndərirlər.

Hadisə şahidləri iddia edirlər ki, Novopavlovkada artıq 6 ev yanır.

Bundan əvvəl “Roslesxoz” bəyan etmişdi ki, Transbaykaliyada yanğınlarla bağlı vəziyyət federal fövqəladə vəziyyətə yaxındır.

Bölgədə yanğın törədənləri yaxalayanlara 250 min rubl mükafat veriləcəyi elan edilib. 

Gundelik.az

Exit mobile version