Gundelik.az Dünya Rusiyada iki güclü zəlzələ oldu
Dünya Xəbərlər

Rusiyada iki güclü zəlzələ oldu

Rusiyada – Kurilin cənub sahillərində iki güclü zəlzələ baş verib.

Gundelik.az xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyası məlumat yayıb.

Bildirilib ki, mayın 30-na keçən gecə Sakit okeanda silsilə yeraltı təkanlar qeydə alınıb. Onların maqnitudası 4,8 və 4,6 bal təşkil edib. Seysmoloji aktivliyin episentri İturup adasından cənub-şərqdə qeydə alınıb.

Seysmoloji stansiyanın rəsmisi zəlzələlərin yeraltı ocağının dərinliyi barədə məlumat verməyib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Gundelik.az

Exit mobile version