Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında telefon danışığı olub.
Gundelik.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Liderlər strateji xarakter daşıyan və siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edən Rusiya-BƏƏ münasibətlərinin əldə olunmuş səviyyəsindən məmnunluq ifadə ediblər. Belə sıx əməkdaşlıq hətta yüksək həssas beynəlxalq məsələlərdə də dialoqa imkan yaradır”, – deyə məlumatda bildirilir.
“Vladimir Putin Rusiya və Ukrayna arasında məhbusların mübadiləsinin təşkilində Əmirliyin göstərdiyi yardımı yüksək qiymətləndirib. Xüsusilə, Əmirlik tərəfinin səyləri sayəsində 246 rusiyalı hərbçi Pasxa bayramı ərəfəsində (19 aprel) vətənlərinə qayıda bildi”, – məlumatda deyilir.
Həmçinin qeyd olunub ki, Məhəmməd Al Nəhyan Vladimir Putini və Rusiya xalqını qarşıdan gələn Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə təbrik edib.
Gundelik.az
