Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski Ukrayna ilə hərbi əsirlərin mübadiləsinin davam etdiyini və hər iki tərəfin əlavə olaraq təxminən 1200 nəfərin mübadiləsi barədə razılığa gəldiyini bildirib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Danışıqların üçüncü raundunu başa vurduqlarını qeyd edən Medinski, humanitar məsələlərlə bağlı bütün razılaşmaların bir müddət əvvəl həyata keçirildiyini və Ukrayna-Belarus xəttində təxminən 250 əsgər mübadiləsini tamamladıqlarını bildirib.
Medinski bunun təxminən 1200 nəfərlik böyük əsir mübadiləsinin sonuncusu olduğunu və müharibədə həyatını itirənlərin mübadiləsini də başa çatdırdıqlarını bildirib.
Medinski cəsədləri öz tərəflərinə qaytardıqlarını, lakin daha az Rusiya vətəndaşının cəsədini geri aldıqlarını qeyd edib.
Medinski bu görüşdə Ukrayna tərəfinə verdikləri təklifləri bölüşüb və bunları bildirib: “İlk növbədə, resurslar və vergi ödəyicilərinin pullarını qorumaq üçün onlayn rejimdə fəaliyyət göstərəcək üç işçi qrupu yaratmaq qərarına gəldik. Bunlar siyasi işçi qrupu, humanitar işçi qrupu və müvafiq qurumların müvafiq hərbi ekspertlərinin daxil olacağı hərbi işçi qrupları olacaq”.
Ukrayna tərəfinin bu təklifi nəzərdən keçirməyə razı olduğunu bildirən Medinski deyib: “Buna görə də onlara təqdim edilən ikinci təklif, səhiyyə və tibb qruplarının yaralı və ölənlərin cəsədlərini toplaya bilməsi üçün cəbhə xəttində 24-48 saatlıq qısamüddətli atəşkəs elan edilməsi idi”.
Medinski bölgədəki pilotsuz təyyarələrin fəaliyyəti ilə əlaqədar mövcud təklif edilən boz zona vəziyyətinin tibb qrupları üçün böyük risk yaratdığını vurğulayaraq, hər bir həyatın qiymətli olduğunu söyləyib.
“Biz hərbi əsirlərin mübadiləsini davam etdirməyə razılaşdıq, hər iki tərəf təxminən 1200 nəfəri daha dəyişdirdi. Bunu gizlətmirəm. Bz Ukrayna tərəfinə daha böyük sayda təklif etdik. Əgər onlar öz tərəfində də oxşar rəqəm tapsalar, onların sayı daha çox olacaq”, – Medinski bildirib.
Ukrayna tərəfində soyuducu və nəqliyyat kimi bəzi texniki problemlərin olduğunu bildirən Medinski qeyd edib: “Ancaq Ukrayna tərəfinə daha 3 min cəsəd göndərməyi təklif etdik”.
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini Qırmızı Xaç Cəmiyyətinə çatdıracaq
Medinski bildirib ki, Ukrayna tərəfində həlak olanların qalıqları Qırmızı Xaç Cəmiyyətinin iştirakı ilə Ukrayna tərəfinə təhvil veriləcək ki, onlar xristian adət-ənənələri ilə dəfn oluna bilsinlər.
Medinski münaqişə nəticəsində didərgin düşmüş mülki şəxslərin geri qaytarılması məsələsini də müzakirə etdiklərini və cəbhə xəttində ölü və yaralıların mübadiləsini qeyri-müəyyən müddətə davam etdirəcəklərini bildirib və davam edib: “Təəssüf ki, biz öyrəndik ki, müqaviləmizin müddəalarından biri yerinə yetirilməyib. Sahil zonasından (məhbusların bəziləri) Ukrayna Silahlı Qüvvələri tərəfindən öz ərazilərinə geri göndərilib. Düzünü desəm, bunun nə üçün baş verdiyini anlamıram. Əgər siz onları Həmas kimi əsir götürmüsünüzsə, onda onları əsir hesab edin və bu işdə başqaları ilə dəyişdirməyə hazırıq. Lakin biz onların hər şeyi olduğu kimi adlandırmalarını istəyirik”.
Medinski Ukrayna nümayəndə heyətləri ilə həm nümayəndə heyətləri, həm də yeni işçi qrupları səviyyəsində əlaqələri davam etdirmək barədə razılığa gəldiklərini vurğulayıb və qeyd edib: “Son olaraq, Ukraynadan oğurlandığı iddia edilən on minlərlə uşağı qeyd etmək istəyirəm. Biz uşaqların adlarının bütün siyahısını, yəni 329 uşağın adını nəzərdən keçirdik və onların geri qaytarılması üçün səylərə başladıq. Digərləri üzərində işləyirik. Bəli, onların valideynləri və ya qanuni qəyyumları tapılarsa, bu uşaqlar dərhal onlara qaytarılacaq”.
Liderlərin görüş keçirməsi üçün ilk növbədə razılığa gəlməliyik
Medinski bildirib ki, ukraynalı uşaqların valideynləri və ya qanuni nümayəndələri tapılarsa, onlar təhvil veriləcək və onların hamısının rifahı qorunur.
Liderlərin görüşü məsələsinin gündəmə gəlib-gəlmədiyi ilə bağlı sualı cavablandıran Medinski bildirib: “İlk olaraq görüş üçün razılığa gəlməliyik. Çünki görüşün konkret gündəliyi olmalıdır. Görüş nəyinsə başlanğıcı deyil, sonu olmalıdır. Ona görə də ilk növbədə bu prosesi başa çatdırmalıyıq”.
Ukraynadan qaçırıldığı iddia edilən 329 ukraynalı uşağın neçəsinin geri qaytarıldığı ilə bağlı suala Medinski bildirib ki, Rusiya danışıqların son mərhələsində təhvil verilən ukraynalı uşaqların siyahısı ilə bağlı işləri başa çatdırıb və Ukrayna siyahısında olan uşaqların çoxu heç vaxt Rusiya ərazisində olmayıb.
Nazir müavini Qaluzin, həmçinin qeyd edib ki, onlar Ukraynadakı rus uşaqları və Avropa ölkələrinə aparılanlar məsələsini görüşdə gündəmə gətirib, 20 uşaq və onların nümayəndələrinin siyahısını Ukrayna tərəfinə təqdim ediblər.
Gundelik.az
