Ayda ilk atom elektrik stansiyasının yerləşdirilməsi, həmçinin Veneranın tədqiqi üzrə işlər Roskosmosun qarşısında duran vəzifələr sırasındadır.
Gundelik.az xəbər verir ki, bu barədə Roskosmosun rəhbəri Dmitri Bakanov açıqlayıb.
“Vəzifələrə BKS-ni əvəz edəcək yeni Rusiya orbital stansiyasının yaradılması və Ayda ilk atom elektrik stansiyasının – gələcək Ay bazaları üçün təməlin yerləşdirilməsi daxildir. Biz Veneranı tədqiq edəcəyik. Biz ona aparat endirmiş yeganə ölkəyik”, – deyə Bakanov bildirib.
Bundan əlavə, onun sözlərinə görə, genişzolaqlı internetə çıxışın sürətini artırmaq və ölkənin hər bir məntəqəsinin əhatə dairəsini təmin etmək üçün orbital qruplaşmanın genişləndirilməsi planlaşdırılır. /unikal
Gundelik.az

