İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiya Ayda elektrik stansiyası tikməyi hədəfləyir

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikmək planlarını açıqlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Roskosmos” yazılı açıqlamasında kosmik tədqiqat şirkəti “Lavochkin” ilə müqavilə imzalandığını açıqlayıb.

“Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası qurmağı hədəfləyir. Layihə davamlı olaraq işləyən elmi Ay stansiyasının yaradılması və Ayın uzunmüddətli kəşfiyyat proqramına keçid istiqamətində mühüm addımdır”, – bəyanatda deyilir.

Qeyd edilib ki, 2021-ci ildə “Roskosmos” ilə Çin Milli Kosmik İdarəsi arasında Ayda tədqiqatlar üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.