İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiya Almaniya təşkilatını arzuolunmaz elan etdi

Rusiya Baş Prokurorluğu Almaniyanın “Stiftung Erinnerung, Verantwortung und Zukunft eV” (EVZ) qeyri-hökumət təşkilatının ölkə ərazisində fəaliyyətini arzuolunmaz elan edib.

Gundelik.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb.

Bildirilib ki, Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasından sonra təşkilat Kiyevə dəstək çağırışları edib, vəsait toplanmasına kömək göstərib və siyasi müstəvidə anti-Rusiya mövqeyi tutub.

Qeyd olunur ki, EVZ 2024-cü ildən Rusiyada, əsasən Böyük Vətən Müharibəsi dövründə faşistlərlə əməkdaşlıq edənlərin qurbanlarının ailə üzvlərinə yönəlmiş proqramların maliyyələşdirilməsini dayandırıb. 2025-ci ildə isə fondun qəyyumlar şurası Rusiya nümayəndəsinin üzvlüyünə xitam verib.

Baş Prokurorluq vurğulayıb ki, təşkilatın fəaliyyəti Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına, hərbi qarşıdurmanın güclənməsinə, cəmiyyətdə radikallaşmanın artmasına və rusofobiyanın inkişafına xidmət edir.

Xatırladaq ki, avqustun 14-də Rusiya Baş Prokurorluğu Almaniyada yaşayan rusiyalı mühacirlərin yaratdığı “Demokrati-JA eV” təşkilatını da arzuolunmaz elan edib. Bundan öncə isə “Davam ediləcək” layihəsi xarici agentlərin reyestrinə daxil edilmişdi.

Gundelik.az