Amerikanın “F-35” qırıcı təyyarələrinin Türkiyəyə çatdırılması uzun illər çəkə bilər.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Yunanıstanın “Kathimerini” qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Türkiyəyə qırıcı təyyarələr vermək istəyini bildirib, çünki Türkiyə artıq bir neçə qırıcı təyyarənin pulunu ödəyib:
“Əlbəttə ki, təyyarələrin çatdırılması uzun illər çəkəcək, amma onlardan ikisinin pulu artıq ödənilib. F-35-lərin tədarükü Amerika qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən asılıdır. Buna görə də, bu məsələ hazırda həll olunmayıb və hüquqi cəhətdən həll olunana qədər bu təyyarələri təhvil verə bilmərik”.

