Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etməməsini amerikalı liderin “ambivalentliyi” ilə izah edib.
Gundelik.az xəbər verir ki, parlamentarinin şərhini “Qovorit Moskva” yayıb.
Milonovun fikrincə, Ağ Ev rəhbərinin əhval-ruhiyyəsində tez-tez dəyişikliklər baş verir. Deputat qeyd edib: “Donald Trampın dünən necə olduğunu başa düşmək çətindir, sabah necə olacağı isə ümumiyyətlə məlum deyil”.
Parlamentari vurğulayıb ki, Putin üçün əsas təbriklər Rusiya vətəndaşlarından gələn təbriklərdir. O, sosial şəbəkələrdə yayımlanan təbrikləri, eləcə də cəbhə xəttində olan hərbçilərin arzularını xatırladıb.
Milonovun fikrincə, Trampın Rusiya prezidentini təbrik etməməsi problem deyil.
Daha əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirmişdi ki, Tramp Putinin ad günü münasibətilə ona təbrik teleqramı göndərməyib.
Bundan əvvəl isə ABŞ lideri Putinin ad günü günü onunla telefon danışığı keçirmək istədiyini bildirmişdi.
Nuri
Gundelik.az

