Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi nəhəng sifariş verib.
Gundelik.az-ın məlumatına görə, sifarişlə əlillərin reabilitasiyası üçün bir sıra malların satınalınması nəzərdə tutulur.
Sifarişə müxtəlif ölçülərdə ümumilikdə 6400-dən çox mexaniki təkərli oturacaq, 3000 ədəddən çox ortopedik döşək və ya döşəkçə, 600 ədəd ortopedik yastıq, 50 ədəd gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), 300 ədəd ortopedik süd vəzi büsthalteri, 1590 ədəd süd vəzi protezi və digər zəruri mallar daxildir.
Sifarişin maliyyə dəyərinin həcmi də açıqlanıb. Belə ki, ənənəvi olaraq Mərkəzin bu dəfəki satınalma müsabiqəsində də ən sərfəli təklifi “ZN Trade” şirkəti verib. Şirkət sözügedən malların alqı-satqısına görə Reabilitasiya Mərkəzinə 16 milyon 524 min manat ödəniş etməsini təklif edib.
Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.//İqtisadiyyat.az

