Gundelik.az Dünya Razılaşma bağlandı: Qonşu ölkə Türkiyədən 20 hava hücumundan müdafiə sistemi alacaq
Dünya Xəbərlər

Razılaşma bağlandı: Qonşu ölkə Türkiyədən 20 hava hücumundan müdafiə sistemi alacaq

İraq Baş Qərargah rəisinin müavini general-leytenant Saad Harbiyə ABŞ-İsrail-İran müharibəsi zamanı yaranan dron və raket təhditlərinə diqqət çəkildi. O, təcili tədbirlər görülməli olduğunu və Türkiyədən 20 hava hücumundan müdafiə sistemi almaq üçün danışıqların başa çatmaq üzrə olduğunu bildirdi.

General-leytinant Saad Harbiyə bu sözləri İstanbulda keçirilən SAHA müdafiə sərgisində Əbu-Dabidə yerləşən The National News qəzetinə verdiyi müsahibədə söylədi. O, Bağdad hökümətinin İran-İraq münaqişəsi zamanı ölkəni viran qoyan intensiv dron və raket hücumlarının təkrarlanmasının qarşısını almaq üçün qətiy-yətli addımlar atdığını bildiri.

İraqlı bir rəsmi bildirib ki, Türkiyədən alınacaq yeni hava hücumundan müdafiə sistemləri neft yataqlarının, diplomatik nümayəndəliklərin və digər strateji məntəqələrin qorunmasında mühüm rol oynayacaq. General-leytinant Hərbiyə vurğulanıb ki, Türkiyə müdafiə sənayesi tərəfindən istehsal edilən hava hücumundan müdafiə sistemləri İraqın təhlükəsizlik ehtiyaclarını tam şəkildə ödəyir. Hərbiyə bildirib ki, “Türkiyə müdafiə sistemləri birinci dərəcəli və ucuzdur və üsdəlik, biz onların qonşularıyıq.”

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN

Gundelik.az

Exit mobile version