İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Rəsmi Tehran: “İran uzunmüddətli müharibəyə hazırdır”

İran hakimiyyəti uzunmüddətli döyüş əməliyyatları aparmağa hazırdır və hazırda regiondakı mövcud münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir.

Gundelik.az xəbər verir ki, bu barədə “Ash-Sharq” telekanalı İranın Xarici İşlər Nazirliyinin (XİN) adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

“İran nə qədər lazım olsa, o qədər də vuruşacaq. Hazırda rəsmi Tehran münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir”, – deyə İran XİN-in rəsmisi bildirib.