Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Somali Prezidenti Hasan Şeyh Mahmud ilə bir araya gəldi. Ərdoğan, Mahmud’u Prezidentliyin Dolmabahçe Ofisində rəsmi mərasimlə qarşıladı.
İki lider qarşılıqlı olaraq heyətlərini təqdim etdikdən sonra görüşə keçdilər. Prezident Administrasiyasının açıqlamasına görə, tərəflər Türkiyə–Somali ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə etdilər.
Ərdoğan bildirdi ki, Türkiyə ilə Somali arasında xüsusilə ticarət və enerji sahələrində əlaqələrin inkişafı üçün addımlar davam etdiriləcək. O, Çağrı Bey Sondaj Gəmisinin Somali sahillərində fəaliyyətə başlamasını bu əməkdaşlığın simvolu kimi qiymətləndirdi.
Həmçinin Ərdoğan vurğuladı ki, Türkiyə Somalinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və Ethiopia ilə Somali arasında mövcud problemlərin tam həlli üçün dəstək davam edəcək.
Görüşdə Türkiyə tərəfdən Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran, xarici siyasət və təhlükəsizlik üzrə baş müşavir Akif Çağatay Kılıç və baş müşavir Zafer Çubukcu da iştirak ediblər.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

