Gundelik.az Dünya Rəcəb Tayyib Ərdoğan bildirib ki, işçilərin haqqının tapdanmasına qətiyyən icazə verilməyəcək
Dünya Xəbərlər

Rəcəb Tayyib Ərdoğan bildirib ki, işçilərin haqqının tapdanmasına qətiyyən icazə verilməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 May Əmək və Həmrəylik Günü münasibətilə işçi, məmur və işəgötürən nümayəndələrini Prezident Kompleksində qəbul edib.

Çıxışında bütün işçiləri bayram münasibətilə təbrik edən Ərdoğan belə deyib:

“Bu həyata işçi kimi başlamış bir qardaşınızam. 1 Mayı həm də öz bayramım kimi görürəm. Həm şəxsən mənim, həm də hökumətimizin əməyə və onun layiqli qarşılığını almasına verdiyi önəmi siz yaxşı bilirsiniz. 23 illik hakimiyyətimiz dövründə daim işçilərin və onların nümayəndələrinin yanında olduq.”

O bildirib ki, bu müddətdə:

həmkarlar ittifaqlarının hüquqları genişləndirilib

təşkilatlanmanın qarşısındakı maneələr aradan qaldırılıb

kollektiv müqavilə sistemi gücləndirilib

işçilərin danışıqlar gücü artırılıb

əmək təhlükəsizliyi sahəsində mühüm islahatlar həyata keçirilib

dövlət qulluqçularına kollektiv müqavilə hüququ verilib

qadınların, əlillərin və digər həssas qrupların hüquqları genişləndirilib

Ərdoğan vurğulayıb ki, bu addımlar atılarkən həmişə işçi nümayəndələri ilə məsləhətləşmələr aparılıb:

“Biz heç vaxt birtərəfli hərəkət etmədik. Həmkarlar ittifaqları və digər qurumlarla birlikdə çalışdıq. Hər hansı səbəbdən işçilərin haqqının yeyilməsinə razı olmadıq.”

Prezident əlavə edib ki, hökumət işçilərin əleyhinə heç bir addım atmaz:

“Bu ölkəni əsl vətən edən sizin alın tərinizdir. Zavodda, tarlada, emalatxanada, ofisdə çalışan hər bir insanın zəhməti ölkənin yüksəlişinin əsasını təşkil edir. Öz zəhməti ilə yaşayan işçilərin haqqının tapdanmasına əsla imkan verməyəcəyik.”

Ərdoğan sonda qeyd edib ki, onların əsas məqsədi:

insanı mərkəzə alan

əməyə dəyər verən

sosial ədaləti gücləndirən

bir əmək sistemi qurmaqdır və həmkarlar ittifaqları bu yolda onların “yol yoldaşı” hesab olunur.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version