Gundelik.az Dünya Rəcəb Tayyib Ərdoğan 23 Aprel proqramı çərçivəsində uşaqlarla bir araya gələcək
Dünya Xəbərlər

Rəcəb Tayyib Ərdoğan 23 Aprel proqramı çərçivəsində uşaqlarla bir araya gələcək

Prezident 23 Aprel Milli Suverenlik və Uşaqlar Bayramı münasibətilə Ankarada müxtəlif tədbirlərdə iştirak edəcək. İlk olaraq Prezident Sarayında Yusuf Tekin və onunla birlikdə gələn uşaqları qəbul edəcək.

Daha sonra Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək TRT-nin 48-ci Beynəlxalq 23 Aprel Uşaq Şənliyinin qala proqramına qatılacaq.

Günün davamında saat 18:00-da Türkiye Büyük Millet Meclisi-nin 106-cı açılış ildönümü qeyd olunacaq. TBMM-də təşkil ediləcək rəsmi qəbulda Prezident Ərdoğan da iştirak edəcək.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version