Gundelik.az Ölkə Qurcana çayında bərpa işləri aparılacaq
Ölkə Xəbərlər

Qurcana çayında bərpa işləri aparılacaq

Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri işləri aparılacaq.

Gundelik.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti bununla bağlı müvafiq hazırlıqlara başlayıb.

Eyni zamanda, çay yatağının təmizlənməsi işləri də həyata keçiriləcək.

Bu işlərə 1 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Exit mobile version