Qubada yeniyetmənin meyiti tapılıb.
Gundelik.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Gömürdəhnə kəndində baş verib.
Kənd sakini 15 yaşlı Zahid Malik oğlu Seyidquliyevun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Mərhumun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir.
Araşdırma aparılır.
