Qlobal xam polad istehsalı noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq 140,1 milyon tona düşüb.
Gundelik.az xəbər verir ki, bu barədə Baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) noyabr ayı üçün xam polad istehsalı rəqəmlərini açıqlayıb.
Məlumata görə, ötən ay dünyanın ən böyük polad istehsalçısı olan Çində istehsal 10,9 faiz azalaraq 69,9 milyon tona, Yaponiyada 1,6 faiz azalaraq 6,8 milyon tona enib.
Eyni zamanda, Almaniyanın istehsalı 2,6 faiz azalaraq 2,8 milyon tona, Cənubi Koreyanın istehsalı isə 4,8 faiz azalaraq 5 milyon tona düşüb.
Noyabr ayında Türkiyənin xam polad istehsalı illik müqayisədə 10% artaraq 3,3 milyon tona, ABŞ-nin isə 8,5 faiz artaraq 6,8 milyon tona çatıb.
Digər tərəfdən, bu ilin yanvar-noyabr aylarında qlobal xam polad istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2% azalaraq 1,662 milyard tona düşüb.

