İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Qlobal neft təklifi azaldı

Ötən ay qlobal neft təklifi gündəlik 610 min barel azalaraq 107,005 milyon barelə enib.

Gundelik.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Buna əsasən Rusiya və Venesuelada sanksiyalar nəticəsində hasilatın kəskin azalması səbəb olub.

Eyni dövrdə OPEC-in xam neft tədarükü əvvəlki ayla müqayisədə gündəlik 240 min barel azalaraq 34,76 milyon barel olub.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı eyni dövrdə 370 min barel azalaraq 72,075 milyon barelə düşüb.

Hesabata görə, qlobal neft tədarükünün bu il gündəlik 3,1 milyon barel artaraq 106,002 milyon barelə çatacağı proqnozlaşdırılır.