İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal aviasiya xidmətləri bazarı 2044-cü ilə qədər 311 milyard dollara çatacaq

Qlobal aviasiya xidmətləri bazarı növbəti 20 il ərzində orta hesabla illik 3,6% artaraq 2,35 milyon pilot, mexanik və digər mütəxəssislər üçün iş yeri yaradacaq.

Gundelik.az xəbər verir ki, bu barədə “Airbus” məlumat yayıb.

Avropa Aerokosmik Korporasiyasının hesablamalarına görə, 2044-cü ildə aviasiya xidmətləri bazarının ümumi həcmi 311 milyard dollar təşkil edəcək. Xüsusilə, təyyarələrin yerində texniki xidmət və təmirə tələbat iki dəfədən çox artaraq 218 milyard dollara çatacaq, bortda yoxlamalar və digər planlı texniki xidmətlərin dəyəri isə 62% artaraq 34 milyard dollar olacaq.

Qeyd edək ki, iyun ayında Amerikanın “Boeing” şirkəti də növbəti 20 il ərzində aviasiya xidmətləri bazarının orta illik artım tempinin 3,8% olacağını proqnozlaşdırmışdı.

Gundelik.az