Gundelik.az Xəbərlər İqtisadiyyat Qızılın qiyməti yenidən 5000 dolları ötüb
İqtisadiyyat Xəbərlər

Qızılın qiyməti yenidən 5000 dolları ötüb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Gundelik.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,11% artaraq 5035 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 5.85% artaraq 81.39 ABŞ dolları olub.

Exit mobile version