Qızılın qiyməti bu gün rekord səviyyəyə çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə Comex birjası məlumat yayıb.
Belə ki, qızılın qiyməti bir troya unsiya üçün 0,98 faiz artaraq 4561,40 dollara çatıb.
Qeyd edək ki, qızılın qiyməti üç il ərzində 170 faiz artıb.
Bu qiymət artımı İranın karbohidrogen ixracını dayandırdığı 1979-cu il neft böhranından bəri ən əhəmiyyətli artım olub.

