Fevral ayında geosiyasi gərginlik başlayandan bəri qızılın qiyməti unsiyası başına 5500 dollardan təxminən 10% aşağı düşüb. ABŞ istiqrazının gəlirliyinin artması və dolların möhkəmlənməsi bəzi investorları nağd pul mövqeylərinə yönəldib. Lakin analitiklər hesab edirlər ki, bu azalma daimi olmaya bilər.
ANZ analtikləri Soni Kumari və Daniel Hynes qlobal iqdisadiyyatda artım və inflyasiya arasındaki balanssızlığın mərkəzi banklarım faiz dərəcələrini yenidən azaltmasına səbəb ola biləcəyini bildirdilər. Onların sözlərinə görə, bu proses qızıl qiymətlərini dəsdəkləyəcək.
Bank il sonu üçün qızılın qiyməti praqnozunu unsiya üçün 5800 dollar səviyyəsində saxladı. Həmçinin, mərkəzi bankların qızıl alışının 2026cı ilə qədər təxminən 850 tona çatacağını gözləyir.
Eynilə, Goldman Sachs mərkəzi bankların güclü tələbatını və ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini cəmi 50 bazis bəndi endirə biləcəyini gözləntilərini əsas götürərək unsiya üçün 5400 dollar proqnozunu saxladı.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

