Qırğızıstanda porno saytların bloklanması tətbiq edilir. Ölkə prezidenti Sadır Cəfərov müvafiq qanunu imzalayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Qırğızıstan prezidenti Sadır Japarov “İnternet məkanında pornoqrafik xarakterli elementləri olan məzmunlu saytlara girişin qadağan edilməsi haqqında” qanunu imzalayıb”, – deyə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Qanunda nəzərdə tutulur ki, tərkibində pornoqrafik xarakterli elementlər olan məzmunun yayılma vaxtı bu məzmunun Qırğızıstanın internet məkanında ilk dəfə əlçatan olduğu və ya səlahiyyətli dövlət orqanına bu məzmun haqqında məlumat daxil olduğu an kimi müəyyən edilir.
Pornoqrafik məzmunun yayılması müəyyən olunarsa, internet provayderləri saytların fəaliyyətini iki aya qədər bloklayacaq.
Qanun rəsmi dərc edildiyi gündən on gün sonra qüvvəyə minir.
