Gundelik.az Mədəniyyət və cəmiyyət QHT-dən mobil alışqanlığına qarşı mesaj: “Sənin həyatın telefonda deyil!”
Mədəniyyət və cəmiyyət Xəbərlər

QHT-dən mobil alışqanlığına qarşı mesaj: “Sənin həyatın telefonda deyil!”

Mobil telefon aludəçiliyinə qarşı Azərbaycan Milli QHT Forumunda ictimai maarifləndirmə tədbiri keçirilib .
“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İB ilə birgə “Rəqəmsal Sağlamlıq – Yalnız “Like” etmə, hərəkət et!” mövzusunda keçirilən tədbirdə uşaqlar və gənclərdə mobil asılılığın artması, sosial medianın gündəlik həyata təsiri və bu vəziyyətə qarşı atıla biləcək addımlar müzakirə olundu.
Vurğulanan əsas məqamlar:
– Telefon yox, real həyat ön planda olmalıdır
– Rəqəmsal rifah və psixoloji balans
– Sağlam ekran vaxtı vərdişləri
– “Bəyənməzdən əvvəl: düşün, seç, sorğula” mesajı
Tədbirdə valideynlərə psixoloji tövsiyələr və ailədaxili rəqəmsal davranış qaydaları təqdim olundu.
Uşaqlar isə yaşlarına uyğun rəqəmsal davranışlarla bağlı məlumatlandırıldılar.
Maarifləndirmə davam edir.
Gundelik.az
Exit mobile version