Gundelik.az Dünya Qəzzada ölənlərin sayı artıb
Dünya Xəbərlər

Qəzzada ölənlərin sayı artıb

Qəzzada ölənlərin sayı son 48 saatda 12 nəfər artaraq 70 937 nəfərə çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada son 48 saatda dağıntılar altından 12 cəsəd və 7 yaralının xəstəxanalara çatdırıldığı bildirilir.

Bəyanatda qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bu yana Qəzzada ölənlərin ümumi sayı 70 937-ə, yaralı isə 171 192-ə çatıb.

Exit mobile version