Gundelik.az Ölkə Qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar
Ölkə Xəbərlər

Qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar

Sentyabrın 1-2 tarixlərində Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundelik.az-a  bildirilib ki, 24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Gundelik.az

Exit mobile version