İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edilib.

Gundelik.az DİN-ə istinadən xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4 ton 600 kiloqram olan 9100 ədəd çətənə kolu məhv edilib.