Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-dən sentyabrın 1-dək Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəklər.
Gundelik.az Çin Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ölkə sədri Si Cinpin Hayhe çayı sahilində 20-dən çox xarici dövlət və 10 beynəlxalq təşkilat rəhbəri ilə görüşəcək.
Sammitə Ermənistanın baş naziri Nikol Paşinyan, Hindistanın baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəvət olunub.
Qeyd edək ki, son aylarda Azərbaycan–Rusiya münasibətlərində gərginlik müşahidə olunur. İyul ayında Prezident İlham Əliyev ilk dəfə açıq şəkildə Rusiyanın hərəkətlərini “işğal” adlandıraraq Ukraynanın tərəfini tutmuşdu. Dövlət başçısı bəyan etmişdi ki, Kiyev “işğalla razılaşa bilməz” və Ukraynaya xalqın arzularına uyğun mövqedən çıxış etməyi tövsiyə etmişdi.
Bundan əvvəl isə Moskva Azərbaycanın Ukraynaya tətbiq etdiyi silah embarqosunun mümkün ləğvini gündəmə gətirmişdi.
Gundelik.az
