Gundelik.az Dünya Putin: Əsas olan pul deyil, işin düzgün təşkili vacibdir
Dünya Siyasət Xəbərlər

Putin: Əsas olan pul deyil, işin düzgün təşkili vacibdir

Uzaq Şərqdə qarşıya qoyulan mühüm vəzifələrin həllində əsas amil maliyyə deyil, işin düzgün təşkili və prioritetlərin doğru müəyyənləşdirilməsidir.

Gundelik.az-ın TASS-a istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında bildirib ki, Uzaq Şərqdə qarşıya qoyulan mühüm vəzifələrin həllində əsas amil maliyyə deyil, işin düzgün təşkili və prioritetlərin doğru müəyyənləşdirilməsidir.

Dövlət başçısı vurğulayıb ki, pul iri layihələrin icrasında mühüm resurs olsa da, həlledici faktor struktur və qurumlar arasında səmərəli qarşılıqlı fəaliyyət və düzgün təşkilatlanmadır:

“Pul həmişə vacibdir, amma ən vacibi deyil. Əsas məsələ prosesin düzgün təşkili və problemlərə ümumi yanaşmadır”, – deyə Putin qeyd edib.

Forumun moderatoru məqsədlərin miqyası və əhəmiyyətini nəzərə alaraq onların həyata keçirilməsi üçün böyük resursların lazım olduğunu bildirib. Cavabında Putin vəzifələrin uğurla icrası üçün təşkilati məsələlərin ön plana çəkildiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Şərq İqtisadi Forumu 2025-ci il sentyabrın 3-dən 6-dək Vladivostokda, Russki adasındakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir. Yubiley xarakteri daşıyan, onuncu forumda Asiya-Sakit okean regionunun liderləri, beynəlxalq təşkilatların nümayəndələri və biznes dairələrinin təmsilçiləri iştirak edir.

Tədbirin əsas mövzusu “Uzaq Şərq – Sülh və Rifah naminə əməkdaşlıq”dır. Müzakirələr kapitalın cəlb edilməsi, infrastrukturun modernləşdirilməsi, Rusiyanın Asiya tərəfdaşları ilə iqtisadi əlaqələrinin genişləndirilməsi və regionun qlobal iqtisadiyyatda rolunun gücləndirilməsi istiqamətlərini əhatə edir.

Gundelik.az 

Exit mobile version