Gundelik.az Dünya Prezident Ərdoğan: Türkiyə hər zaman müharibənin deyil, sülhün tərəfindədir
Dünya Xəbərlər

Prezident Ərdoğan: Türkiyə hər zaman müharibənin deyil, sülhün tərəfindədir

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İran böhranı ilə bağlı mövqeyi açıq və aydındır.

“İran böhranı ilə bağlı mövqeyimiz tam aydındır və qətidir. Türkiyə hər zaman müharibənin deyil, sülhün tərəfindədir.”

Türkiyə prezidenti bu sözləri AK Parti Konqres Mərkəzində keçirilən **“AK Partinin əvvəlki dövr millət vəkilləri, MYK üzvləri və qrup üzvləri ilə iftar proqramında çıxışı zamanı deyib.

Ramazan münasibətilə təbrik

Tədbir iştirakçılarını salamlayan Ərdoğan bildirib ki, bu qardaşlıq süfrəsində bir araya gəlməkdən məmnundur və tədbirin təşkilinə görə partiya rəhbərliyinə təşəkkür edib.

O deyib:

“Könüllərimizi birləşdirdiyimiz bu qardaşlıq süfrəsində, bu gözəl Ramazan axşamında bir araya gəlməyimizə və həsrətimizi aradan qaldırmağımıza şərait yaradan mərkəzdəki dostlarımıza təşəkkür edirəm.”

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version