Gundelik.az Dünya “Prezident Ərdoğan: Dünyada Türkiyə küləyi əsir”
Dünya Xəbərlər

“Prezident Ərdoğan: Dünyada Türkiyə küləyi əsir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda dünyada “Türkiyə rüzgarı” əsir və beynəlxalq ictimaiyyət Türkiyənin nə düşündüyünü, hansı addımlar atacağını maraqla izləyir. O, Ramazan ayının İslam dünyası üçün mənəvi və bərəkətli bir dövr olduğunu vurğulayıb, Ramazanın insanların qəlbini saflaşdırmaq və ruhunu rahatlatmaq üçün böyük fürsət olduğunu deyib.

Ərdoğan hökumətin Ramazan proqramları çərçivəsində ehtiyacı olan insanlara yardım etdiyini, xüsusilə Qəzza və zəlzələ bölgələrinə dəstək göstərildiyini qeyd edib. Həmçinin, Kabinetdə bəzi dəyişikliklər edildiyini, yeni ədliyyə və daxili işlər nazirlərinin vəzifəyə başladığını açıqlayıb və əvvəlki nazirlərə təşəkkür edib.

O, Türkiyənin xarici siyasətdə dialoq və sülhü əsas götürdüyünü, münaqişələrdən düşmənçilik yaratmaq istəmədiyini, amma ölkənin hüquq və maraqlarını qətiyyətlə müdafiə etdiyini vurğulayıb. Ərdoğan bildirib ki, Türkiyənin məqsədi dost ölkələrin sayını artırmaq və beynəlxalq arenada ədaləti müdafiə etməkdir.

Mənbə: TRT Haber

Hazırladı : Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version