Sentyabr 10, 2026
Baku
Siyasət Xəbərlər

Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında “Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”ni təsdiq edib.

Gundelik.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.