İyul 8, 2026
Baku
Xəbərlər

Polşa Belarusla sərhədi açır

Polşa hökuməti Belarusla sərhəd-keçid məntəqələrini yenidən açmaq qərarına gəlib.

Gundelik.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk TVP Info kanalına açıqlamasında kabinet iclasından əvvəl bildirib.

Tusk qeyd edib ki, daxili işlər naziri və administrasiya ilə birlikdə sərhəd-keçid məntəqələrinin açılması qərarı verilib və qərar bu gün imzalanacaq. Sərhəd 24 sentyabr çərşənbə günündən 25 sentyabr cümə axşamına keçən gecə yarısından etibarən açılacaq.

Xatırladaq ki, Polşa hökuməti sentyabrın 12-də Belarusla sərhədi bağlamış, Brest keçid məntəqəsində metal hasar və tikanlı məftillər quraşdırmış, sərhədə isə on minlərlə hərbçi yerləşdirmişdi. Bu addım Rusiya və Belarusun birgə keçirdiyi “Zapad-2025” hərbi təlimləri ilə əlaqələndirilmişdi.

Sentyabrın 22-də Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanın sərhədi bağlama qərarını Çinə qarşı qeyri-dost siyasi addım adlandırmış, məsələni Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Li Xi ilə təkbətək müzakirə etmək istədiyini bildirib.

Əvvəllər qanunsuz miqrantlar Belarusdan Polşaya keçmək üçün tunellər qazırdılar.

Gundelik.az