Avqust 31, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Pezeşkian Qırğızıstana səfər edib

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib.

Gundelik.az-ın məlumatına görə, İran Prezidenti Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.

Səfərin iki gün davam edəcəyi bildirilir.

Məsud Pezeşkian ŞƏT-in dövlət başçıları sammitində çıxış edəcək.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi də Prezident Məsud Pezeşkianla birlikdə sammitdə iştirak etmək üçün Bişkekə yola düşüb.